Xəzər Xəbər

Kahramanmaraşda zəlzələ olub

Dünya | 16:31 • 19 Oktyabr 2024
Kahramanmaraşda zəlzələ olub

Oktyabrın 19-da Türkiyənin Kahramanmaraş vilayətində 4,4 maqnitudalı zəlzələ baş verib.

Xezerxeber.az Türkiyə Hökumətinin Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 14:41-də qeydə alınıb.

Zəlzələnin episentri Dulkadiroğlu rayonunda, ocağı isə 10,53 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Bundan əvvəl, şənbə günü səhər saatlarında Aralıq dənizində - Türkiyənin cənub-qərb sahillərində 4,8 maqnitudalı zəlzələ olub.

Xəbər lenti