Xəzər Xəbər

Türkiyədəki güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşır YENİLƏNİB

Dünya | 16:30
Türkiyədəki güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşır

Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 187 vətəndaş yaralanıb.


Xezerxeber.az-ın verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.


O qeyd edib ki, zəlzələ nəticəsində həyatını itirən olmayıb.

16:30

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 94 nəfər yaralanıb.

Xezerxeber.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində eyni zamanda iki bina ziyan görüb.

Zəlzələ ilə əlaqədar ölkənin Malatya, Elazığ, Şanlıurfa, Batman ve Adıyaman vilayətlərində tədris prosesi bir günlük dayandırılıb.

Xəbər lenti

Çox oxunanlar