Xəzər Xəbər

Türkiyədəki gücü zəlzələ nəticəsində üç bina qismən çöküb, xəsarət alanlar var

Dünya | 14:17
Türkiyədəki gücü zəlzələ nəticəsində üç bina qismən çöküb, xəsarət alanlar var

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.

Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki, yoxdur.

A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

Malatya valisi Seddar Yavuz isə jurnalistlərə açıqlamasında deyib ki, Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb.

Onun sözlərinə görə, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkanları sürətlə düşdüyünə görə xəsarət alıb.

Xəbər lenti

Çox oxunanlar