Xəzər Xəbər

Kiyev Baydenin səlahiyyət müddəti bitənədək Ukraynanın NATO-ya dəvət olunmasını istəyir

Dünya | 14:00 • 16 Oktyabr 2024
Kiyev Baydenin səlahiyyət müddəti bitənədək Ukraynanın NATO-ya dəvət olunmasını istəyir

Kiyev ABŞ lideri Cozef Baydenin prezidentlik müddəti başa çatanadək NATO-dan dəvət alacağına ümid edir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukraynanın NATO-dakı daimi nümayəndəsi Natalya Qalibarenko “Reuters” agentliyinə müsahibəsində deyib.

“Fikrimizcə, Ukraynanın NATO-ya dəvəti siyasi siqnaldır. Biz bunu hazırkı ABŞ administrasiyasının edə biləcəyinə inanırıq”, - deyə Natalya Qalibarenko bildirib.

Qeyd edək ki, sentyabrın 10-da respublikaçıların prezident postuna namizədi Donald Tramp demokrat rəqibi Kamala Harrislə debat zamanı Cozef Baydeni Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə təmas qurmamağa görə tənqid edib. O, həmçinin seçkilərdə qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsini həll edəcəyinə vəd verib.

Xəbər lenti