Xəzər Xəbər

Si Cinpin: Bəşəriyyətin gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır

Dünya | 13:53 • 16 Oktyabr 2024
Si Cinpin: Bəşəriyyətin gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır

Çin-ABŞ münasibətləri dünyada ən mühüm əlaqələrdən biridir və iki xalqın rifahı və bütün bəşəriyyətin gələcəyi ondan asılıdır.

Xezerxeber.az xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Çin-ABŞ Münasibətləri üzrə Milli Komitənin ənənəvi görüşü iştirakçılarına müraciətində ifadə edib.

“Pekin hər zaman iki ölkə arasında münasibətləri qarşılıqlı hörmət, dinc yaşayış və faydalı əməkdaşlıq prinsiplərinə uyğun qurub”, - deyə müraciətdə bildirilir. Qeyd olunub ki, Pekin hər iki ölkənin iqtisadi uğurlarını faydalı hesab edir və bu istiqamətdə bir-birinə kömək etməli olduğunu düşünür.

“Çin ABŞ-ın tərəfdaşı və dostu olmağa hazırdır və bu, təkcə iki ölkəyə deyil, bütün dünyaya fayda verəcək”, - deyə ÇXR lideri vurğulayıb.

Qeyd edək ki, Çin-ABŞ Münasibətləri üzrə Milli Komitə 1966-cı ildə Birləşmiş Ştatlarda iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olan bir qrup alim, siyasətçi və iş adamı tərəfindən yaradılıb.

Xəbər lenti