Xəzər Xəbər

Gürcüstan DTX mümkün təxribatlarla əlaqədar xalqa müraciət edib

Dünya | 13:13 • 16 Oktyabr 2024
Gürcüstan DTX mümkün təxribatlarla əlaqədar xalqa müraciət edib

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) seçkilər ərəfəsində planlaşdırılan mümkün təxribatlar barədə xalqa xəbərdarlıq edib.

Xezerxeber.az xəbər verir ki, qurumun məlumatında deyilir ki, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səslərindən və videogörüntülərindən istifadə edilərək saxta video və audioyazılarını yaymağı planlaşdırırlar. Saxtalaşdırılmış audioyazılar Dövlət Təhlükəsizlik Xidmətindən sızdırılmış məlumatlar kimi təqdim ediləcək.

Bu saxta məlumatın yayılmasının məqsədi hakimiyyət qolları arasında qarşıdurma, hökumətlə Pravoslav Kilsəsi arasında düşmənçilik yaratmaq və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir.

Xəbər lenti