Xəzər Xəbər

Litvada ABŞ, Britaniya və Polşa hərbçilərinin iştirakı ilə təlimlər başlanır

Dünya | 12:50
Litvada ABŞ, Britaniya və Polşa hərbçilərinin iştirakı ilə təlimlər başlanır

Litvanın Şvençyon rayonundakı poliqonda “Samogitia” piyada briqadasının təşkilatçılığı ilə “Güclü Qrifon 2024” beynəlxalq təlimləri başlanır.

Xezerxeber.az xəbər verir ki, təlimlərə ABŞ, Böyük Britaniya və Polşadan 2,5 mindən çox hərbçi və təxminən 250 texnika cəlb olunacaq.

Litva Silahlı Qüvvələrindən verilən məlumata görə, hər il keçirilən təlimin məqsədi “Samogitia” briqadasına müttəfiq bölmələrlə əməkdaşlıq şəraitində əməliyyatları planlamaq və həyata keçirməyi aşılamaqdır.

Təlim çərçivəsində bu gün Klaypeda - Kazlu-Ruda, oktyabrın 20-də isə Kazlu-Ruda - Pabrade marşrutu ilə hərbi texnikanın intensiv hərəkəti planlaşdırılır.

Xəbər lenti

Çox oxunanlar