Xəzər Xəbər

Türkiyənin ən yaşlı insanı 117 yaşında vəfat edib

Dünya | 09:07 • 14 Oktyabr 2024
Türkiyənin ən yaşlı insanı 117 yaşında vəfat edib

Türkiyənin ən yaşlı insanı vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Kırıkkale şəhərinin Delice rayonunda yaşayan, 6 uşaq anası Arzu Sınıroğlu 117 yaşında vəfat edib. O, 2020-ci ildə koronavirus infeksiyasına yoluxsa da virusa qalib gəlməyi bacarmışdı. Son illər səhhəti ilə bağlı bəzi problemlər yaşayan Arzunun evdə halı pisləşib və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, o müalicə aldığı xəstəxanada vəfat edib. O, doğulduğu Kırıkalenin Elmalı kəndində dəfn olunub.

Xəbər lenti

Çox oxunanlar