Xəzər Xəbər

Ermənistan prezidenti: Yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin nizamlanması reallığa çevrilə bilər

Dünya | 17:48 • 12 Oktyabr 2024
Ermənistan prezidenti: Yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin nizamlanması reallığa çevrilə bilər

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Aşqabadda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla qısa danışıqlar aparıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə o, "Armenpress" agentliyinə məlumat verib.

V.Xaçaturyanın sözlərinə görə, hər kəs anlayır ki, Ermənistan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur. O qeyd edib ki, tərəflər görüşmək və nizamlanma məsələlərini müzakirə etmək fürsətini əldən vermir: “Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə münasibətlərin nizamlanması reallığa çevrilə bilər. Bu, sərhədlərin açılmasını və diplomatik münasibətlərin qurulmasını əhatə edir”.

Xəbər lenti

Çox oxunanlar