Xəzər Xəbər

Qroznıda yanacaqdoldurma stansiyasında partlayış baş verib, ölənlər var

Dünya | 17:32
Qroznıda yanacaqdoldurma stansiyasında partlayış baş verib, ölənlər var

Çeçenistanın paytaxtı Qroznı şəhərində yanacaqdoldurma stansiyasında partlayış baş verib, nətisədə 4 nəfər ölüb.

Xezerxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, qaz sisterninin partlaması nəticəsində ölənlərdən ikisi uşaqdır (5 və 6 yaşında). 

Ölənlərin şəxsiyyəti hələlik məlum deyil. Onların hamısının bir ailənin üzvü olub-olmadıqları da bilinmir.

Hadisə barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Xəbər lenti

Çox oxunanlar