Xəzər Xəbər

Türkiyə tezliklə Almaniyadan 40 ədəd qırıcı alacaq

Dünya | 14:11
Türkiyə tezliklə Almaniyadan 40 ədəd qırıcı alacaq

Türkiyə tezliklə 40 ədəd “Eurofighter” qırıcı təyyarələri alacaq.

Xezerxeber.az “Milliyet” qəzetinə istinadla xəbər verir ki, hərbi texnika sövdələşməsinə ən son maneə “Eurofighter” konsorsiumuna daxil olan Almaniyanın mövqeyi olsa da, Berlin artıq Türkiyəyə təyyarələrin tədarükünə ilkin razılıq verib.

İtaliya, İspaniya və Böyük Britaniyanın təmsil etdiyi konsorsiumun qalan üzvləri daha əvvəl Ankara ilə bu sahədə əməkdaşlıq ideyasını bəyənib.

Nəşrin məlumatına görə, “Eurofighter” konsorsiumunun nümayəndə heyəti bu həftə Ankaraya gəlib və orada sövdələşmənin texniki parametrlərini, o cümlədən pilotların hazırlığı və qırıcılara texniki xidmət göstərilməsi məsələlərini müzakirə etməyə başlayıb.

Qəzet rəsmi Ankaranın NATO tərəfdaşları tərəfindən müdafiə sektorunda məhdudiyyətlərin yolverilməzliyi ilə bağlı bəyanatlarını xatırladır.

“Milliyet” qeyd edib: “Eurofighter” müqaviləsinin üstünlüklərindən biri Avropa istehsalı olan qırıcı təyyarələrin Amerikanın “F16 Blok 70” analoqundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilə bilməsidir. Bütün bunlar Türkiyə Hərbi Hava Qüvvələri donanmasının sürətlə modernləşdirilməsinə kömək edir”.

Xəbər lenti

Çox oxunanlar