Xəzər Xəbər

İtaliya Ukraynanın bərpasında fəal iştirak edəcək

Dünya | 09:01
İtaliya Ukraynanın bərpasında fəal iştirak edəcək

“Gələn il iyulun 10-dan 11-dək Romada Ukraynanın gələcəkdə yenidən qurulması və bərpasına dair növbəti konfrans keçiriləcək”.

Xzerxeber.az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə deyib.

Ciorcia Meloni ölkəsinin Ukraynanın gələcək bərpasında öz rolunu oynamağa davam edəcəyini bildirib. Eyni zamanda, İtaliyanın Ukrayna müdafiə sənayesinə dəstəyini davam etdirəcəyi bildirilib.

Görüşdə Ukraynadakı hazırkı vəziyyət, hərbi, maliyyə və humanitar sahələrdə ən təcili ehtiyaclar, həmçinin növbəti diplomatik təşəbbüslər və münaqişəyə son qoyulması istiqamətində atılacaq addımlar müzakirə olunub.

Volodimir Zelenski İtaliyanın ölkəsinə güclü dəstək verdiyinə görə Ciorcia Meloniyə təşəkkürünü bildirib.

Xəbər lenti

Çox oxunanlar