Xəzər Xəbər

Zelenski Britaniya, Fransa və İtaliya liderləri ilə görüşəcək

Dünya | 16:38
Zelenski Britaniya, Fransa və İtaliya liderləri ilə görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə yaranan böhranı müzakirə etmək üçün bu gün Böyük Britaniya, Fransa və İtaliya liderləri ilə görüşlər keçirəcək.

“Associated Press” agentliyi yazır ki, səhər saatlarında Londona gələn Volodimir Zelenski orada baş nazir Kir Starmer və NATO-nun yeni Baş katibi Mark Rütte ilə danışıqlar aparacaq.

Ukrayna lideri daha sonra Parisdə fransalı həmkarı Emmanuel Makronla, Romada isə İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşəcək. Cümə günü isə o, Papa Fransisklə danışıqlar aparmaq üçün Vatikana gedəcək. Vatikana səfərindən sonra Ukrayna Prezidenti Berlinə yollanacaq və orada kansler Olaf Şoltsla bir araya gələcək.

Qeyd edək ki, Volodimir Zelenski əvvəlcə Almaniyanın Ramştayn aviabazasında Ukrayna üzrə təmas qrupunun iclasında iştirak etməli idi. Lakin ABŞ Prezidenti Cozef Bayden “Milton” qasırğası səbəbindən planlarında dəyişikliklər etdiyi üçün sammit təxirə salınıb.

Xəbər lenti

Çox oxunanlar