Xəzər Xəbər

Ankarada “Discord” mesencerinə girişin bloklanmasının səbəbləri açıqlanıb

Dünya | 18:26
Ankarada “Discord” mesencerinə girişin bloklanmasının səbəbləri açıqlanıb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Discord” mesencerinə girişin bloklanması ilə bağlı qərarın verilməsinin səbəblərini açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, nazirin jurnalistlərə bildirdiyinə görə, platforma IP ünvanları və mesaj məzmunu ilə bağlı məlumatları Türkiyənin hüquq-mühafizə orqanları ilə bölüşməkdən imtina edib.

“Mesencerin nümayəndələrinin mövqeyini nəzərə alaraq, Ankara şəhərinin məhkəmə orqanları 9 oktyabr çərşənbə günü saat 02.10-dan etibarən platformaya girişi bloklamaq qərarına gəlib. “Discord”la bağlı məsələdə söhbət tamamilə qapalı, məzmunu Türkiyənin təhlükəsizlik strukturlarına məlum olmayan sistemdən gedir”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, bu mesencer vasitəsilə hər hansı hüquq pozuntusu barədə məlumat platforma istifadəçilərindən biri onunla əlaqə saxladıqda hüquq-mühafizə orqanlarına daxil olub.

Uraloğlu vurğulayıb ki, dövlət orqanları bundan sonra da cəmiyyəti qorumaq məqsədilə müvafiq addımlar atacaq.

Xəbər lenti

Çox oxunanlar