Xəzər Xəbər

Türkiyə kəşfiyyatı terror aktı planını ifşa edib

Dünya | 14:35 • 8 Oktyabr 2024
Türkiyə kəşfiyyatı terror aktı planını ifşa edib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Türkiyə ərazisində qanlı terror aktı törətməyi planlaşdıran xüsusi təhlükəli terrorçu Hazal Belgenin zərərsizləşdirilməsi üzrə Suriyanın şimalında əməliyyat keçirib.

Xezerxeber.az xəbər verir ki, MİT əməkdaşları terrorçunu Suriyanın Amude rayonunda məhv ediblər.

Kəşfiyyat xidmətinin məlumatına görə, PKK terror təşkilatının üzvü olan Belge Türkiyə ərazisində terrorçu-kamikadzenin iştirakı ilə qanlı hücum hazırlayıb.

Bundan əvvəl, sentyabrın sonunda Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında Lokman İsmayıl adında daha bir təhlükəli terrorçunu məhv etmişdi.

Xəbər lenti