Xəzər Xəbər

BMT: Quraqlıq dünya çaylarının 50 faizinin dayazlaşmasına səbəb olub

Dünya | 13:25 • 8 Oktyabr 2024
BMT: Quraqlıq dünya çaylarının 50 faizinin dayazlaşmasına səbəb olub

Missisipi və Amazon çayları 2023-cü ildə rekord həddə dayazlaşıb. Bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının ekspertləri bildiriblər. 

Xezerxeber.az xəbər verir ki, müvafiq sənəd qurumun saytında yerləşdirilib.

Ötən il anomal quraqlıq nəticəsində Şimali, Mərkəzi və Cənubi Amerikanın bir çox regionunda çayların axını azalıb. 2023-cü ilin hava şəraiti 33 illik müşahidələr zamanı dünya çaylarının vəziyyətinə ən güclü təsir göstərib.

Uzun müddət davam edən istilər Qanq, Brahmaputra və Mekonq çaylarının hövzələrində suyun səviyyəsinə təsir edib - o, orta səviyyədən aşağı düşüb. Ümumilikdə istilik bütün suaşıran hövzələrinin 50 faizinə təsir edib, onların əksəriyyəti su ehtiyatlarının çatışmazlığı ilə üzləşib. Bu da kənd təsərrüfatı və sənayeyə mənfi təsir göstərib.

2023-cü ilin yüksək temperaturları buzlaqların son 50 ilin ən güclü əriməsinə və 600 giqaton su itkisinə səbəb olub. Nəticədə bir sıra Avropa və Skandinaviya çaylarının sululuğu artıb. Sonradan onların axını əhəmiyyətli dərəcədə azalıb.

Xəbər lenti