Xəzər Xəbər

SEPAH İsmayıl Qaaninin sağ olduğunu BİLDİRİB

Dünya | 13:19
SEPAH İsmayıl Qaaninin sağ olduğunu

İran İslam İnqilab Keşikçilərinin (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaninin vəziyyəti yaxşıdır və işini davam etdirir.

Xezerxeber.az xəbər verir ki, bunu SEPAH-ın Qüds Qüvvələri komandanının müavini İrəc Məscidi deyib.

General bildirib ki, Qaani sağlamdır və aktivdir.

Qeyd edək ki, İsrailin Beyruta endirdiyi hava hücumlarından sonra Qaaninin öldüyünə dair xəbərlər yayılıb.

Xəbər lenti

Çox oxunanlar