Xəzər Xəbər

İsrail BMT-nin Baş katibini "arzuolunmaz şəxs" elan edib

Dünya | 14:45 • 2 Oktyabr 2024
İsrail BMT-nin Baş katibini "arzuolunmaz şəxs" elan edib

İsrail Xarici İşlər Nazirliyi BMT-nin Baş katibi Antoniu Quterreşi "arzuolunmaz şəxs" (persona non grata) elan edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats bildirib.

Xarici işlər naziri İranın İsrailə raket hücumundan sonra Quterreşin bəyanatını pisləyərək BMT-nin Baş katibi Antoniu Quterreşi "arzuolunmaz şəxs" elan etmək və onun ölkəyə girişini qadağan etmək qərarına gəldiklərini bəyan edib.

“İranın İsrailə qarşı hücumunu birmənalı şəkildə pisləyə bilməyən kəs İsrail torpağına ayaq basmağa layiq deyil. Bu, terrorçulara, təcavüzkarlara və qatillərə dəstək verən anti-İsrail Baş katibidir", - Kats qeyd edib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024