Xəzər Xəbər

İranda bütün aviareyslər dayandırılıb

Dünya | 12:23
İranda bütün aviareyslər dayandırılıb

Yaxın Şərqdə gərginliyin artması əlaqədar İranda bütün təyyarə uçuşları oktyabrın 3-ü səhərə qədər dayandırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Tasnim agentliyi İran mülki aviasiya təşkilatının rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.

“Uçuşların təhlükəsizliyi və regiondakı vəziyyət nəzərə alınaraq sabah səhər saat 5:00-dək (Bakı vaxtı ilə 05:30 - red.) bütün reyslər təxirə salınıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, dünən gecə İran İsraili kütləvi raket atəşinə tutub. İsrail ordusunun mətbuat xidməti Təl-Əvivə, Qüdsə və digər ərazilərə 180-ə yaxın raket atdığını və onların bir çoxunun havada vurulduğunu bildirib. İsrail tərəfi bu hücumu cavabsız qoymayacağını bəyan edib.

 

Xəbər lenti

Çox oxunanlar