Xəzər Xəbər

"Google" Rusiyada yeni hesabların yaradılmasını məhdudlaşdırıb

Dünya | 12:51 • 26 Sentyabr 2024
"Google" Rusiyada yeni hesabların yaradılmasını məhdudlaşdırıb

"Google" Rusiyada yeni hesabların yaradılmasını məhdudlaşdırıb.

Xezerxeber.az xəbər verir ki, Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi bu məlumatı təsdiqləyib.

Nazirlik Rusiyadakı "Google" xidmətlərinin istifadəçilərinə məlumatlarının ehtiyat nüsxələrini yaratmağı tövsiyə edib.

Qeyd edək ki, Rusiya mobil operatorları ilə "Google" hesabları yaratmaq istəyərkən təsdiqləyici kod telefon nömrəyə gəlmir. Beləliklə, yeni hesab yaratmaq mümkün olmur.

Xəbər lenti

Çox oxunanlar