Xəzər Xəbər

Yer kürəsinin üzərində müvəqqəti “mini-Ay” olacaq

Dünya | 15:00
Yer kürəsinin üzərində müvəqqəti “mini-Ay” olacaq

Bu payızda Yer kürəsinin sakinləri qeyri-adi astronomik hadisənin şahidi olacaqlar. Planetimizin qısa müddətə ikinci təbii peyki ortaya çıxacaq. Şəhər avtobusu ölçüsündə asteroid Yerin cazibə sahəsi tərəfindən tutulacaq və iki ay ərzində onun ətrafında dövr edəcək.

AZƏRTAC “The Guardian”da dərc olunan məqaləyə istinadla xəbər verir ki, asteroid sentyabrın 29-dan noyabrın 25-dək Yer kürəsinin ətrafında fırlanaraq “mini-Aya” çevriləcək. Bu müddətdən sonra o, Günəş ətrafında fırlanan asteroid qurşağına qayıdacaq.

Madridin Complutense Universitetinin professoru və tədqiqatın aparıcı müəllifi Karlos de la Fuente Markos bu asteroidin orbitləri Yer kürəsinə bənzəyən kosmik obyektlər qrupuna aid Arcuna kəmərinə aid olduğunu izah edib. Bu asteroidlərdən bəziləri Yerə təxminən 4,5 milyon kilometr məsafədə yaxınlaşa bilər.

Saatda təxminən 3540 kilometr sürəti olan Yerin cazibə qüvvəsi göy cisimlərinin hərəkətinə əhəmiyyətli dərəcədə təsir edir və bu, asteroidin müvəqqəti olaraq Yerin orbitində sıxışdırılmasına səbəb ola bilər.

Təəssüf ki, bu nadir hadisəni yalnız peşəkar teleskop sahibləri müşahidə edə biləcəklər. Asteroid həvəskar müşahidəçilərin alətləri və durbinlər üçün çox kiçik və tutqun görünəcək.

Xəbər lenti

Çox oxunanlar