Xəzər Xəbər

Tramp: Kamala Harris III Dünya müharibəsinin qarşısını ala bilməyəcək

Dünya | 13:38
Tramp: Kamala Harris III Dünya müharibəsinin qarşısını ala bilməyəcək

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd və Ağ evin sabiq rəhbəri Donald Tramp hesab edir ki, demokratların namizədi Kamala Harris III Dünya müharibəsinin qarşısını ala bilməyəcək.

Xezerxeber.az xəbər verir ki, Donald Tramp bunu "Truth social" sosial şəbəkəsində yazıb.

“Kamala hətta ən sadə suallara cavab verə bilmir. Əgər bunu bacarmırsa, o zaman III Dünya müharibəsinin dayandırılması işində ABŞ-ni necə təmsil edə bilər? Cavab sadədir: o bunu bacarmayacaq”, - deyə Donald Tramp bildirib.

Sabiq dövlət başçısının fikrincə, Kamala Harris seçkilərdə qalib gələcəyi təqdirdə Birləşmiş Ştatlarla Rusiya arasında hərbi münaqişə baş verə bilər.

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar partiyasını ölkənin hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar partiyasını isə sabiq dövlət başçısı Donald Tramp təmsil edəcək.

Xəbər lenti

Çox oxunanlar