Xəzər Xəbər

Ukraynada “Telegram”ın xidməti cihazlarda istifadəsinə qadağa qoyulub

Dünya | 16:00
Ukraynada “Telegram”ın xidməti cihazlarda istifadəsinə qadağa qoyulub

Ukraynada dövlət orqanlarının əməkdaşlarına və silahlı qüvvələrin hərbi qulluqçularına “Telegram” mesencerindən rəsmi cihazlarda istifadə etmək qadağan olunub.

Xezerxeber.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurası “Facebook” sosial şəbəkəsində məlumat yayıb. Şuradan bildiriblər ki, dövlət qulluqçularının, hərbçilərin, təhlükəsizlik və müdafiə sektoru işçilərinin, habelə mühüm infrastruktur sferası operatorlarının xidməti cihazlarında “Telegram”ın quraşdırılmasına və istifadəsinə qadağa qoyulub.

Kibertəhlükəsizlik üzrə milli koordinasiya mərkəzi bu qərarı mesencerin milli təhlükəsizliyə təhdid yarada biləcəyinə görə qəbul edib.

Xəbər lenti

Çox oxunanlar