Xəzər Xəbər

ABŞ vətəndaşlarının Livandan təxliyəsi planı hazırlanıb

Dünya | 10:05 • 19 Sentyabr 2024
ABŞ vətəndaşlarının Livandan təxliyəsi planı hazırlanıb

ABŞ Prezident Administrasiyası Livanda vəziyyətin gərginləşəcəyi təqdirdə amerikalıların təxliyəsi planını hazırlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Pentaqonun nümayəndələrinə istinadla məlumat yayıb.

Nəşr bildirir ki, hakimiyyət orqanları Livandan təxliyənin bir neçə variantını təqdim ediblər. Onlardan biri 50 minə yaxın ABŞ vətəndaşının Kiprə təxliyə edilməsini nəzərdə tutur. Dövlət Departamentinin 2022-ci ilə olan məlumatına görə, Livanda təxminən 86 min amerikalı yaşayır.

Qeyd edək ki, Vaşinqton son aylarda hərbi əməliyyatların artması riski səbəbindən öz vətəndaşlarını Livanı tərk etməyə çağırır.

Xəbər lenti