Xəzər Xəbər

Ukrayna parlamenti hərbi ehtiyaclara əlavə 12 milyard dollar ayırıb

Dünya | 15:00 • 18 Sentyabr 2024
Ukrayna parlamenti hərbi ehtiyaclara əlavə 12 milyard dollar ayırıb

Ali Rada Ukraynanın 2024-cü il dövlət büdcəsində müdafiə və təhlükəsizlik sektoruna maliyyə dəstəyi ilə bağlı dəyişiklikləri təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə parlamentin üzvü Yaroslav Jeleznyak özünün sosial media hesabında yazıb.

“Parlament bu ilki büdcədə hərbi ehtiyaclara ayrılan vəsaiti 500 milyard qrivna (12 milyard dollar) artırmaq haqqında qanun layihəsini qəbul edib”, - deyə deputat qeyd edib. Beləliklə, 2024-cü il büdcəsində xərclər rekord 3,73 trilyon qrivna (təxminən 90 milyard dollar) olacaq.

Bir müddət öncə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin gələn ilin dövlət büdcəsi layihəsini 1,6 trilyon qrivna (38,6 milyard dollar) kəsirlə təsdiqlədiyini bildirib. Büdcə layihəsində gəlirlər 2 trilyon qrivna (təxminən 48 milyard dollar), xərclər isə 3,6 trilyon qrivna (87 milyard dollar) müəyyən edilib. Hökumət başçısının sözlərinə görə, bütün daxili resurslar ölkənin müdafiə və təhlükəsizlik sektoruna yönəldiləcək.

Xəbər lenti

Çox oxunanlar