Xəzər Xəbər

Paşinyan Ermənistanın təhlükəsizlik arxitekturasının səmərəsiz olduğunu etiraf edib

Dünya | 13:03 • 18 Sentyabr 2024
Paşinyan Ermənistanın təhlükəsizlik arxitekturasının səmərəsiz olduğunu etiraf edib

Ermənistanın təhlükəsizlik arxitekturası qeyri-effektiv olduğunu göstərib.

Xezerxeber.az xəbər verir ki, bu fikri baş nazir Nikol Paşinyan II qlobal erməni sammitində səsləndirib.

"Təhlükəsizlik arxitekturamız səmərəsiz oldu. Biz düşünürdük ki, regionda sərhədləri bağlı, istədiyimiz kimi yaşaya bilərik, uzaq və ya yaxın müttəfiqlərimiz təhlükəsizliyimizi təmin edəcək. Lakin məlum oldu ki, üçüncü dövlətlər öz maraqları naminə istədikləri kimi hərəkət edə bilərlər”, - deyə o etiraf edib.

Paşinyan vurğulayıb ki, belə vəziyyətdə “bir nömrəli təhlükəsizlik zəmanəti sülhdür”.

Xəbər lenti

Çox oxunanlar