Xəzər Xəbər

Paşinyan: KTMT Ermənistanın təhlükəsizliyinə və suverenliyinə təhdiddir

Dünya | 11:35 • 18 Sentyabr 2024
Paşinyan: KTMT Ermənistanın təhlükəsizliyinə və suverenliyinə təhdiddir

Ermənistan suverenliyinə təhdid yaratdığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub.

Xezerxeber.az-ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.

Paşinyan vurğulayıb ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır.

O həmçinin bəyan edib ki, ölkəsi bu təşkilatla bağlı geri dönülməsi mümkün olmayan nöqtəyə yaxındır. 

Bununla belə, Paşinyan qeyd edib ki, ölkəsi nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək niyyətindədir.

Xəbər lenti

Çox oxunanlar