Xəzər Xəbər

Şimali Koreya iki qısamənzilli ballistik raket buraxıb

Dünya | 08:50 • 18 Sentyabr 2024
Şimali Koreya iki qısamənzilli ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) sentyabrın 18-də səhər saatlarında şimal-şərq istiqamətində 2 ballistik raket buraxılışı həyata keçirib.

Xezerxeber.az xəbər verir ki, “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadla xəbər yayıb.

Bildirilir ki, raketlər yerli vaxtla səhər saat 6:50-də paytaxt Pxenyan yaxınlığındakı Keçhon ərazisindən buraxılıb. Raketlər uçuş detalları barədə məlumat verilmir.

Cənubi Koreya tərəfi Pxenyanın raket fəaliyyətinin monitorinqini davam etdirdiyini, məlumatların ABŞ və Yaponiya ilə bölüşdürüldüyünü açıqlayıb.

Yaponiyanın özünümüdafiə qüvvələrinin məlumatında deyilir ki, KXDR yarım saatlıq fasilə ilə 2 raket buraxıb. Raketlər dənizdə Yaponiyanın məxsusi iqtisadi zonasından kənarda suya düşüb. Yaponiyanın sahil mühafizə xidməti hər hansı zərər barədə açıqlama verməyib.

Qeyd edək ki, KXDR bundan əvvəl sonuncu dəfə sentyabrın 13-də ballistik raket sınağı keçirib.

Xəbər lenti