Xəzər Xəbər

İranın Livandakı səfiri partlayış nəticəsində yaralanıb

Dünya | 19:11 • 17 Sentyabr 2024
İranın Livandakı səfiri partlayış nəticəsində yaralanıb

İranın Livandakı səfiri Müctəba Əmani şəxsi peycerinin partlaması nəticəsində yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Mehr" dövlət agentliyi məlumat yayıb. Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Livanın NNA milli xəbər agentliyinin məlumatına görə, Beyrutun cənub ətraflarında və ölkənin digər bölgələrində peycerlərin partlaması nəticəsində onlarla insan yaralanıb. Rabitə qurğularının “yüksək texnoloji müdaxilə” nəticəsində partladığı qeyd olunub.

Livanın səhiyyə naziri xəsarət alanlarının sayının yüzə çatdığını bildirib. Nazırlik ölkədəki bütün xəstəxanaları partlamış qurğuların sahiblərinə təcili yardım göstərmək üçün maksimum hazırlıq rejiminə keçməyə çağırıb.

Mediada yayılan məlumatına görə, peycerlər Hizbullah hərəkatı tərəfindən qapalı rabitə sistemi kimi istifadə olunur.

Xəbər lenti