Xəzər Xəbər

Blinken Ukraynanın yeni XİN rəhbəri ilə telefonla danışıb

Dünya | 09:04 • 7 Sentyabr 2024
Blinken Ukraynanın yeni XİN rəhbəri ilə telefonla danışıb

ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib. 

“Onlar diplomatik səviyyədə gələcək ikitərəfli əlaqələri müzakirə ediblər və dövlət katibi ABŞ-nin BMT Baş Assambleyasının açılış həftəsi üçün Ukrayna tərəfindən planlaşdırılan tədbirlərə dəstəyini bir daha təsdiqləyib”, - deyə yazılı açıqlamada deyilir.

Blinken həmçinin vurğulayıb ki, Vaşinqton Kiyevə hərbi, iqtisadi və humanitar sahələrdə, eləcə də Ukrayna iqtisadiyyatının bərpasında yardımı davam etdirəcək.

Xəbər lenti