Xəzər Xəbər

Ermənistan məktəblərində "Rus dili" əsas fənlər siyahısından çıxarılır

Dünya | 10:44 • 6 Sentyabr 2024
Ermənistan məktəblərində "Rus dili" əsas fənlər siyahısından çıxarılır

Ermənistanda yeni tədris ilindən etibarən “Rus dili” orta məktəblərdə tədrisi vacib olan dillər siyahısından çıxarılaraq, xarici dil statusuna keçiriləcək.

Xezerxeber.az-ın “Sputnik-Armenia”ya istinadən məlumatına görə, bu dəyişiklik tətbiq olunan yeni təhsil standartlarına uyğun olaraq aparılacaq.

Artıq orta ümumtəhsil müəssisələrində sözü gedən dilin tədris saatları azaldılıb. Belə ki, 4-9-cu siniflərdə bu dil həftədə üç, yuxarı siniflərdə isə iki dəfə tədris olunacaq.

Xəbər lenti