Xəzər Xəbər

Tramp İlon Maska verəcəyi vəzifəni açıqlayıb

Dünya | 10:09 • 6 Sentyabr 2024
Tramp İlon Maska verəcəyi vəzifəni açıqlayıb

“Prezident seçilsəm hökumətin effektivliyi komissiyasını yaradacağam”.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nyu-York İqtisadi Klubunda çıxışı zamanı bildirib.

O, milyarder İlon Maskı komissiyanın rəhbəri təyin edəcəyini açıqlayıb. Tramp Maskın quruma rəhbərlik etməyə razılıq verdiyini də deyib. Prezidentliyə namizəd komissiyanın necə fəaliyyət göstərəcəyi barədə ətraflı məlumat verməsə də, yaradılandan sonra altı ay ərzində fırıldaqçılıq və düzgün olmayan ödənişləri aradan qaldırmaq üçün plan hazırlayacağını bildirib.

Xəbər lenti

Çox oxunanlar