Xəzər Xəbər

Baydenin oğlu həbs olunacaq

Dünya | 09:20 • 6 Sentyabr 2024
Baydenin oğlu həbs olunacaq

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib.

Xezerxeber.az-ın məlumatına görə, hakim Mark Skarsi H.Baydenin etirafını qəbul edib.

Onun həbsi dekabrın 16-na nəzərdə tutulub. Hakim bildirib ki, prezidentin oğlunu maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə gözləyir. Baydenin bu addımı uzun və yorucu məhkəmə prosesindən yayınmaq üçün atdığı deyilir.

Hunter Bayden həmçinin 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. Bu iş üzrə hökm noyabrın 13-nə təyin edilib.

Xəbər lenti

Çox oxunanlar