Xəzər Xəbər

Rusiya son sutkada Ukraynada daha 1390 hərbçisini itirib

Dünya | 09:33 • 4 Sentyabr 2024
Rusiya son sutkada Ukraynada daha 1390 hərbçisini itirib

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1390 hərbçisini itirib.

Xezerxeber.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 620 350 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 7 tank, 27 zirehli döyüş maşını, 30 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xəbər lenti

Çox oxunanlar