Xəzər Xəbər

Türkiyə Prezidenti BRICS-ın sammitində iştirak edəcək

Dünya | 18:50 • 3 Sentyabr 2024
Türkiyə Prezidenti BRICS-ın sammitində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS-ın sammitində iştirakla bağlı Rusiya tərəfinin dəvətini qəbul edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Türkiyə tərəfinə təklif göndərilib, Ərdoğan onu qəbul edib”, – deyə Uşakov qeyd edib.

Qeyd edək ki, sammit oktyabrın 22–24-də Kazanda keçiriləcək.

Bundan əvvəl ABŞ-nin “Bloomberg” informasiya agentliyi məlumat yayıb ki, Türkiyə sentyabrın 2-də BRICS-a qoşulmaq üçün ərizə ilə müraciət edib.

Xəbər lenti