Xəzər Xəbər

Rusiya Müdafiə Nazirliyi: Ötən sutka Ukraynanın 171 PUA-sı məhv edilib

Dünya | 16:00 • 1 Sentyabr 2024
Rusiya Müdafiə Nazirliyi: Ötən sutka Ukraynanın 171 PUA-sı məhv edilib

Ötən sutka Ukrayna Silahlı Qüvvələrinə məxsus 171 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bundan başqa, Fransa istehsalı olan üç “Hammer” idarəolunan bomba, ABŞ istehsalı olan altı HIMARS mərmiləri və Çexiya istehsalı olan “Vampire” raketi məhv edilib.

Xəbər lenti