Xəzər Xəbər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Dünya | 14:38 • 1 Sentyabr 2024
Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirdiyi əməliyyatda ümumilikdə 17 terrorçu zərərsizləşdirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında bildirilib.

Məlumatda qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində İraqın şimalında Qara, Metina və Pəncə-Kilid əməliyyatı bölgələrində müəyyən etdiyi 15 PKK terrorçusu və Suriyanın şimalındakı Mənbic bölgəsində isə 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Xəbər lenti