İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyin Türkiyədə rəsmi səfərdədir.
Xezerxeber.az xəbər verir ki, Fuad Hüseyini səfərdə İraqın yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir.
Onun Türkiyə ziyarəti çərçivəsində ilk görüşü Türkiyənin XİN başçısı Hakan Fidan ilə olub. Görüşdə ikitərəfli əlaqələr və regional məsələlər dəyərləndirilib.
Səfər zamanı Türkiyə-İraq Ortaq Planlaşdırma Qrupunun ilk iclası və Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizminin dördüncü toplantısı keçiriləcək.