Xəzər Xəbər

Dövlət Departamenti: ABŞ qoşunlarının İraqdan çıxarılması müzakirə olunmur

Dünya | 09:15 • 15 Avqust 2024
Dövlət Departamenti: ABŞ qoşunlarının İraqdan çıxarılması müzakirə olunmur

Vaşinqton və Bağdad ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etmir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib.

"Biz heç bir mərhələdə ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etməmişik. Bununla belə, biz ikitərəfli təhlükəsizlik tərəfdaşlığı adlandıracağımız məsələyə keçidi müzakirə edirik”, - deyə o bildirib.

Onun sözlərinə görə, söhbət əvvəlki ikitərəfli strateji müzakirələrin inkişaf mərhələsində olan prosesdən gedir. O qeyd edib ki, bu proses təhlükəsizlik sahəsində əməkdaşlığa qarşılıqlı sadiqlik və regional sabitlikdə birgə marağa əsaslanır.

Xəbər lenti