Fransa Hərbi Hava qüvvələrinin iki "Rafale" qırıcı təyyarəsi ölkənin şərqində qəzaya uğrayıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Est Republica” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, göyərtədə üç nəfər olub. Hazırda jandarm və yanğın-xilasetmə xidməti axtarış-xilasetmə əməliyyatı aparır. Pilotlardan birinin katapult olunduğu və sağ tapıldığı bildirilir. O, yaralansa da, huşunu itirməyib.
Qalan ekipaj üzvlərinin axtarışları davam edir. Qəzanın səbəbi hələlik aydınlaşmayıb.