"Kursk vilayətində təkcə günün əvvəlindən Ukrayna Silahlı Qüvvələri 1-2 km məsafədə irəliləyərək 100-dən çox Rusiya hərbçisini əsir götürüb".
Xezerxeber.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Aleksandr Sırski ölkə prezidenti Volodimir Zelenski ilə görüşü zamanı deyib.
O qeyd edib ki, Sucada proses başa çatıb.
Zelenski əlavə edib ki, yeni yardım paketləri Donetsk bölgəsindəki əraziləri gücləndirəcək.