“TikTok” sosial şəbəkəsi Venesuela Prezidenti Nikolas Maduronu bir həftəlik yayım imkanından məhrum edib.
“Telesur” telekanalı xəbər yayıb ki, bu barədə Maduro Venesuela Dövlət və Təhlükəsizlik şuralarının birgə iclasında bildirib.
"TikTok” mənim yayım imkanımı avqustun 19-dək dayandırdı", - deyə o qeyd edib.
Xatırladaq ki, avqustun 3-də Venesuela lideri bu sosial şəbəkəni ölkədə nifrətin qızışdırılmasında ittiham edib.