Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni diplomat Mikael Minasyan haqqında yeni cinayət işi qaldırılıb.
Xezerxeber.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, o, 76 epizod üzrə 350 milyon dollar həcmində vəsaiti mənimsəməkdə ittiham olunur.
Qeyd edək ki, Mikael Minasyan 2013-2018-ci illərdə Ermənistanın Vatikanda səfiri olub.