Braziliya prezidenti Luiz İnasio Lula da Silva təyyarə qəzasında həlak olanların xatirəsinə ölkədə üç günlük matəm elan edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə o, öz şəxsi “X” səhifəsində məlumat verib.
“Vinhedoda baş vermiş faciəvi hadisənin 61 qurbanının xatirəsinə biz ölkədə üç günlük rəsmi matəm elan etdik”, - deyə o yazıb.
Qeyd edək ki, dünən gündüz saatlarında Voepass aviaşirkətinə məxsus "ATR-72" təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsindəki 57 sərnişin və 4 ekipaj üzvü həlak olub.