Braziliyada daxili reysi yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində 61 nəfər ölüb.
Xezerxeber.az xəbər verir ki, “Voepass” şirkətinə məxsus, Fransa istehsalı olan "ATR-72" tipli təyyarə San-Paulu ştatında qəzaya uğrayıb. Ekipaj üzvləri və sərnişinlər arasında sağ qalan yoxdur. Qəzanın səbəbləri araşdırılır.