Ermənistan Daxili İşlər Nazirliyi Qarabağı könüllü tərk etmiş erməniləri qanunsuz saxladıqları silahları təhvil verməyə çağırıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.
Bildirilib ki, həmin silah-sursat sonrakı mərhələdə nazirlikdə qeydiyyata alınacaq.
Nazirlikdən ov tüfəngləri ilə yanaşı, bu ölkənin ərazisinə qanunsuz olaraq keçirilən tapançaların da könüllü şəkildə təhvil verilməli olduğunu bildirilib.