Xəzər Xəbər

Yaponiyanın Baş naziri Astanaya səfərini təxirə salıb

Dünya | 12:16 • 9 Avqust 2024
Yaponiyanın Baş naziri Astanaya səfərini təxirə salıb

Yaponiyanın Baş naziri Fumio Kişida Yapon adaları ərazisində zəlzələ təhlükəsi səbəbindən avqustun 9-da Astanaya planlaşdırılan səfərini təxirə salıb.

Xezerxeber.az Qazaxıstan Respublikasının mediasına istinadla xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Yaponiya Meteorologiya Agentliyi Nankai qırılma zonasında potensial güclü zəlzələ barədə xəbərdarlıq edib.

Fumio Kişida avqustun 9-10-da Qazaxıstana ikigünlük rəsmi səfər etməyi planlaşdırırdı.

Xəbər lenti