Xəzər Xəbər

İsrail ordusu Xan-Yunisdə hərbi əməliyyatlara başlayıb

Dünya | 11:27 • 9 Avqust 2024
İsrail ordusu Xan-Yunisdə hərbi əməliyyatlara başlayıb

İsrail hərbi hava qüvvələri gecə saatlarından etibarən Qəzzanın şimalındakı Xan-Yunisdə hərbi əməliyyatlara başlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.  
Bildirilib ki, əməliyyatlar eyni zamanda silahlıların gizlənə biləcəyi yeraltı sığınacaqlarda da aparılır.

Bununla yanaşı, İsrail hərbi aviasiyası HƏMAS-ın silah anbarları və silahlıların toplaşdıqları ehtimal edilən məntəqələr də daxil olmaqla, ümumilikdə 30 obyektə zərbələr endirib. 

Xəbər lenti

Çox oxunanlar