Xəzər Xəbər

İtaliya həbsxanalarında intihar halları kəskin artıb

Dünya | 13:42 • 9 Avqust 2024
İtaliya həbsxanalarında intihar halları kəskin artıb

İtaliya parlamenti məhbus intiharlarının artması fonunda ölkədə dolu olan həbsxanalarda şəraitin yaxşılaşdırılmasına dair Qanunu təsdiqləyib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, həbsxanalarda sıxlıq və kadr çatışmazlığı boğucu yay istisi ilə birlikdə ağır şərait yaradıb və bu il 65 məhbus intihar edib. 2023-cü ildə isə 70 intihar hadisəsi baş verib.

İtaliya hökumətinin qərarı həbsxana personalının sayının artırılmasını, məhbusların daha çox telefon danışıqları aparmasına icazə verilməsini və şərti azadetmə prosedurlarının sadələşdirilməsini tələb edir.

İyunun sonunda İtaliya həbsxanalarında təxminən 61 min məhbus olub ki, bu da normal göstəricidən 10 min nəfər çoxdur. Eyni zamanda, personalın sayında demək olar ki, 7 min nəfər və ya 16 faiz daimi çatışmazlıq var. Yayda işçilərin məzuniyyətləri səbəbindən bu problem daha kəskin hal alır.

İtaliya həbsxanalarla bağlı problem yaşayan yeganə Avropa İttifaqı ölkəsi deyil. Zəif iqtisadiyyat fonunda büdcə çatışmazlığı olan həbsxana sistemləri tez-tez maliyyə çətinlikləri ilə üzləşir, digər tərəfdən, məhbusların sayı da durmadan artır.

Avropa İttifaqı Statistika İdarəsinin (Eurostat) məlumatına görə, Fransa, Yunanıstan, Rumıniya və Kipr həbsxanalarında rəsmi şəkildə icazə veriləndən çox sayda məhbus saxlanılır.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024