Xəzər Xəbər

Türkiyə İsraili Beynəlxalq Ədalət Məhkəməsinə verib

Dünya | 18:41 • 7 Avqust 2024
Türkiyə İsraili Beynəlxalq Ədalət Məhkəməsinə verib

Türkiyə İsrail ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müaciət edib.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” hesabında yazıb.

O bildirib ki, ölkəsi Cənubi Afrika Respublikasının İsrailin Yaxın Şərq regionunda soyqırımı törətməsi ilə bağlı iddia ərizəsində tərəf kimi çıxış edəcək:

“Törətdiyi cinayətlərin cəzasız qalmasından cəsarətlənən İsrail gün keçdikcə daha da çox günahsız fələstinlini qətlə yetirir. Soyqırımını dayandırmaq üçün beynəlxaql ictimaiyyət öhdəliyini icra etməli, İsrail və onun tərəfdarlarına lazımi səviyyədə təzyiq göstərməlidir. Türkiyə bu yolda əlindən gələn hər cür addımı atacaq”. 

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024